Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medal ilə başa vurub. Ümumilikdə 90 xal toplayan yığmamız komanda hesabında dünya 3-cüsü olub. Beləliklə, seçməmiz son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb. Qeyd edək ki, komandamızın heyətində 60 kq-da Ayxan Cavadov qızıl, 55 kq-da Turan Daşdəmirov gümüş və 67 kq-da Fəraim Mustafayev bürünc medal qazanıb.