Misli Premyer Liqasında II tura yekun vurulub. Son matçda “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib. Matç Bakı klubunun 2-1 hesablı qələbəsi ilə bitib. Bununla da Rəşad Sadıqovun kollektivi mövsümdə ilk qalibiyyətini əldə edib. 2 turdan sonra turnir cədvəlinə 6 xala malik “Sumqayıt” başçılıq edir. “Kimyaçılar”ı 4 xal toplayan “Karvan-Yevlax”, “Araz-Naxçıvan” və “Zirə” izləyir.