Misli Premyer Liqasında II turun daha iki görüşü keçirilib. Günün ilk matçında “Şamaxı” doğma meydanda “Sabahı”ı qəbul edib. Görüş “tələbələr”in 2-1 hesablı qalibiyyəti ilə başa çatıb. İkinci oyun isə “Azersun Arena”da baş tutub. “Turan Tovuz” “Araz-Naxçıvan”la qarşılaşıb. 2-1 üstün olan Muxtar Respublika təmsilçisi liqada ilk qələbəsini əldə edib. II tura sabah baş tutacaq “Qəbələ” – “Zirə” qarşılaşması ilə başa çatacaq. Saat 19:00-da start götürəcək oyun “CBC Sport”la canlı yayımlanacaq.

















