3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsində pley-off etapının oyunları keçirilib. Çexiya və Filippinin olduğu B qrupunu uğurla adlayan Dina Ulyanova, Erika Karter, Aleksandra Mollenhauer və Tatyana Deniskinadan ibarət Azərbaycan milli komandası 1/4 finalda “Rapid” klubunu 18-15 məğlub edib və yarımfinala adlayıb. Ancaq seçməmiz bu mərhələdə Niderlanda 8-21 uduzaraq mübarizəni başa vurub. Qeyd edək ki, millimiz buna kimi Buxarest və Sumqayıt mərhələlərini qalibiyyətlə bitirib. Azərbaycan hazırda 12 etapdan sonra 235 xalla 8-ci pillədə qərarlaşıb.














