UEFA “Araz-Naxçıvan”a xəbərdarlıq edib. Buna səbəb komandanın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” kollektivi keçirdiyi oyunlardır. Avropa futbol qurumu hər iki qarşılaşmada “komandanın düzgün olmayan davranışına görə” kluba xəbərdarlıq verməli olub. Belə ki, “ağ-qırmızılar”ın 8 futbolçusu ilk matçda kobud oyuna görə sarı vərəqə alıb. Cavab qarşılaşmasında isə İqor Ribeyro qırmızı, daha altı oyunçu isə sarı vərəqə görüb. Xatırladaq ki, Bakıda “Aris”i 2:1 hesabı ilə məğlub edən “Arax-Naxçıvan” səfərdə 2-2-lik heç-heçəyə imza ataraq mərhələ adlamışdı.