Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Xankəndi şəhərinə səfər ediblər. Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Səfər zamanı onlar şəhər sakinləri ilə görüşüb, şəhərdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub, Qarabağ Universitetini ziyarət ediblər. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkərək, görülən tikinti işlərinə şahidlik ediblər. Qeyd edək ki, proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.