Misli Premyer liqasında II tura start verilib. Açılış matçında “İmişli” “Neftçi”ni qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə bitib. Qeyd edək ki, buna kimi “Neftçi” ilk oyunda “Şamaxı” ilə 1-1 hesablı bərabərliyə razılaşıb. Aran təmsilçisi isə evdə “Turan Tovuz”a tək qolla uduzub.














