Yeni mövsümə hazırlaşan “Abşeron Lions” daha bir basketbolçunu heyətinə qatıb. Xırdalan klubu Saadəttin Donatı heyətinə qatıb Onunla bir illik mûqavilə imzalanıb. Donat həm də Azərbaycan millisində çıxış edib. Son mövsümü “Sumqayıt”da keçirən oyunçu Türkiyədə “Qalatasaray”, “Türk Telekom”, “TED Ankara Koleji”, “Çağdaş Bodrumspor” və “Sığortam Net” komandalarında oynayıb. Qeyd edək ki, “Abşeron Lions” bu mövsüm FIBA Avropa kubokunda mübarizə aparacaq.