UEFA Çempionlar liqasının pley-off mərhələsində səfərdə “Ferentsvaroş”a 3-1 qalib gələn “Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb.  “Köhlən atlar” avrokuboklarda ardıcıl 5 qələbə qazanan ilk Azərbaycan təmsilçisi olub. Xatırladaq ki, ağdamlılar buna kimi I etapda İrlandiyadan “Şelburn”u 3:0 və 1:0, ardınca isə Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı 1:0 və 5:1 hesabı ilə üstələməyi bacarıb. “Qarabağ” bu göstəricidə “Neftçi”nin 2019/2020 mövsümündəki 4 oyunluq qalibiyyət rekordunu yeniləyib. “Qarabağ” və “Ferentsvaroş” arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq və “CBC Sport”la canlı yayımlanacaq.