UEFA Çempionlar liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”u 3-1 məğlub edən “Qarabağ” Azərbaycanın UEFA reytinqində xal ehtiyatını bir qədər də artırıb. Macarıstan səfərində əldə edilən qələbə ölkə reytinqinə əlavə olaraq 0,250 xal qazandırıb. Ümumi xalını 19,500-ə çatdıran Azərbaycan hazırda 28-ci yerdə qərarlaşıb. Bir pillə öndə olan Ukraynanın 19,275 xalı var. 29-cu mövqeni isə 18,375 xalla Bolqarıstan tutur. Xatırladaq ki, Azərbaycan avrokubok mövsümünə 17,125 xalla başlayıb.