Azərbaycan II liqasının 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib. Tədbir Peşəkar Futbol Liqasının inzibati binasında baş tutub. Püşkatmaya əsasən I turda “Göygöl” – “Araz Saatlı”, “Kür-Araz- “Ağdaş”, “Şirvan”- “Şəmkir”, “Dinamo” – “Xankəndi”, “Hypers Quba” – “Qaradağ Lökbatan”, “Ağstafa Gəncləri” – “Şəki Siti” oyunları keçiriləcək. Qeyd edək ki, Azərbaycan 2-ci Liqasında yeni mövsüm sentyabrın 4-də start götürəcək. Turnir 12 komandanın iştirakı ilə 2 dövrəli sistemlə keçiriləcək.


















