Bu gün UEFA Çempionlar liqasında pley-off mərhələsinin oyunları start götürəcək. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da ilk matçını keçirəcək. Təmsilçimiz Macarıstan səfərində “Ferentsvaroş”la qarşılaşacaq. Püşk tərəfləri qitənin ən mötəbər klub yarışında ikinci dəfə üz-üzə gətirir. 2022/2023-cü illər mövsümündə III təsnifat mərhələsində baş tutan dueldə Ağdam Bakıda qeydə alınan 1-1-lik heç-heçənin ardından səfərdə rəqibini 3-1 məğlub edib etapı adlamışdı. Qeyd edək ki, komamdaların bu dəfəki görüşü saat 23:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.


















