Beynəlxalq Voleybol Federasiyası ölkələrin yeni reytinq cədvəlini açıqlayıb. Kişi voleybolçular arasında yeni siyahıda Azərbaycan millisi geriləyib. Avropa çempionatının seçmə mərhələsində, B qrupunda Avstriya və Belçikaya bütün görüşlərdə uduzaraq sonuncu olan Fərid Cəlalovun rəhbərlik etdiyi komanda 7 pillə aşağı düşüb və 91-ci pillədə qərarlaşıb. Kamboca və İslandiyanı qabaqlayan millimizin aktivində 8,85 xal var. Siyahıya 400,14 xalla Polşa başçılıq edir.