Bolqarıstanın Samokov şəhərində 20 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Sərbəst güləş yarışında ilk medalçılar bəlli olub. Azərbaycanın iki güləşçisi üçüncülük uğrunda görüşlərini keçiriliblər. 70 kq çəki dərəcəsində Nurlan Ağazadə bürünc mükafat uğrunda gürcüstanlı Qoqa Otanişvili ilə yarışıb. 4:0 hesabı ilə qalib gələn güləşçimiz yığmamıza ilk medalı qazandırıb. 125 kq-da isə Yusif Dursunov Fransadan Levan Laqvilavanı üstələyərək bürüncə sahib çıxıb. Qeyd edək ki, sabah sərbəst güləşdə son medalçılar bəlli olacaq. 92 kq-da Anar Cəfərli 3-cü yer uğrunda duelinə çıxacaq.














