Yeni mövsümə hazırlaşan “Neftçi” basketbol klubu heyətini yeni legioner ilə gücləndirib. “Ağ-qaralar” serbiyalı Stefan Keniçin keçidini rəsmiləşdiriblər. Keçin son olaraq Macarıstanın “MVM-OSE Lyons” komandasının formasını geyinib. O, həm də buna kimi Serbiya təmsilçisi “Srvena Zvezda”da çıxış edib. Xatırladaq ki, “Neftçi” bu mövsüm FIBA Avropa Kubokunun qrup mərhələsində mübarizə aparacaq.