Misli Premyer liqasında 2025/2026 mövsümünün I turu çərçivəsində daha bir görüş keçirilib. “Sumqayıt” Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Oyun ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə bitib. Rüstəm Əhmədzadə, Aleksandr Ramalinqom və Aleks Yankoviç yeni komandalarında ilk qollarını vurublar. Avqustun 18-i “CBC Sport”la canlı yayımlanan I turun növbəti matçında “Zirə” doğma meydanda “Araz-Naxçıvan”la üzləşəcək. Qeyd edək ki, turun “Qarabağ” – “Sabah” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.