Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində B qrupunda Avstriya ilə üzləşib. Bakıda keçirilən matçda Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv rəqibinə ciddi müqavimət göstərə bilməyib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə qonaqlar bütün setlərdə üstün olub və 3-0 hesablı inamlı qələbəyə seviniblər. Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda da Avstriyaya 0:3 hesabı ilə uduzub. Bununla da millimiz seçmə mərhələni set qazanmadan başa vurub.














