Heyətini formalaşdırmağa davam edən “Kəpəz” növbəti transferini rəsmiləşdirib. Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Donaldın son klubu Belarusun BATE klubu olub.

















