“Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Şirvan təmsilçisi növbəti transferini açılayıq. “Bənövşəyilər” Antonio Laranı heyətinə qatıb. 26 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu ölkəsinin “Araşa”, “Ponte Preta”, “Rio Klara”, “Santarritense”, “Moto Klab”, Portuqaliyanın “Praiense” və Litvanın “Banqa” klublarında çıxış edib. Stopper son olaraq Qətərin “Əl-Biddə” komandasının formasını geyinib. O, burada keçirdiyi 8 oyunda bir qolla yadda qalıb.


















