Azərbaycan idmançıları Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında çıxışlarına yekun vurublar. Təmsilçilərimiz yarışda 5 idman növündə medal qazanıblar. Belə ki, karate yarışlarında İrina Zaretska (68 kq), akrobatika gimnastikasında kişi cütlüyü – Murad Rəfiyev və Daniel Abbasov, tamblinqdə Tofiq Əliyev, aerobika gimnastikasında Mədinə Mustafayeva və Vladimir Dolmatov, həmçinin kikboksinqdə Amin Quliyev (63,5 kq) gümüş medallara yiyələniblər.