Çinin Çendu şəhərində keçirilən 12-ci Dünya Oyunları davam edir. Turnirdə müxtəlif idman növlərində təmsil olunan Azərbaycan yığması daha bir medal qazanıb. 63,5 kq çəki dərəcəsində yarışan kikboksinqçimiz Amin Quliyev finala kimi uğurla irəliləyib. O, burada yalnız ukraynalı idmançıya məğlub olub və gümüş medala yiyələnib. Hazırda seçməmizin aktivində dörd mükafat var. Daha öncə Tofiq Əliyev (tamblinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) fəxri kürsünün ikinci pilləsinə qalxıb.