Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan Şahmat Turu” çərçivəsində “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı təşkil ediləcək. Ümumi mükafat fondu 41.200 AZN olan şahmat festivalında mübarizə A və B qruplarında aparılacaq. Bu o deməkdir ki, festival “Baku Open”dən sonra ən böyük mükafat fonduna sahib olacaq. Burada həmçinin rapid və blits üzrə turnirin də keçirilməsi nəzərdə tutulur. A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blits də isə reytinq məhdudiyyəti tətbiq edilmir. Qeyd edək ki, “Ganja Open 2025” “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq tipli yarışdır.














