70 kq çəki dərəcəsində Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi taekvandoçumuz İmaməddin Xəlilov reytinq cədvəlində liderliyini davam etdirir. 662.48 xala malik idmançımız Dünya Parataekvondo Federasiyası tərəfindən açıqlanan yeni siyahıda da birinci pillədəki mövqeyini qoruyub. Paralimpiyadanın bürünc medalçısı, ötən ay 58 kq-da Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov 356.66 xalla üçüncü pillədə qərarlaşıb. 63 kq-da yarışan Amin Şıxalıyev 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib. 80 kq-da mübarizə aparan Orxan Cəfərov isə 24,74 xalla 30-cu yeri tutur.