27–31 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı keçiriləcək. Artıq turnirdə iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamız 10 çəki dərəcəsində 8-i oğlan, 7-si qız olmaqla 15 idmançı ilə fərdi mübarizədə təmsil olunacaq. Turnirin son günündə qarışıq komanda yarışında da cüdoçularımız tatamiyə çıxacaqlar. Seçməmizin heyətinə Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər iksi 48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Məsumə Məmmədli (70 kq), Anar Quliyev, Rza Xəlilli (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Məhəmməd Ağakişiyev (73 kq) və Sübhan Axundovu (+90 kq) daxil ediblər. Qarışıq komanda yarışında isə 81 kq çəki dərəcəsində Amin Mehdiyev çıxış edəcək. Əlavə edək ki, dünya çempionatında 75 ölkədən 593 idmançı mübarizə aparacaq.














