AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın B kateqoriyalı məşqçi kursunun I mərhələsi start götürüb. Dörd gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Arif Əsədov və Osman Rəhimov rəhbərlik edirlər. Qeyd edək ki, məşqçi kursunun II modulu sentyabrın 8-11 sentyabr tarixlərində baş tutacaq.