Azərbaycan Basketbol Liqasında yeni mövsümə və FIBA Avropa kubokunda debüt etməyə hazırlaşan “Abşeron Lions” yeni transferini reallaşdırıb. Komanda ABŞ-li Dre Ceksonu keçidini açıqlayıb. Oyunçu növbəti təqvim ilini “şirlər”in heyətində keçirəcək. Xatırladaq ki, Ceksonun son klubu digər bir Azərbaycan təmsilçisi “Sərhədçi” olub.














