Azərbaycanı UEFA Çempionlar liqasında təmsil edən “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi reytinq cədvəlində 3 pillə geriləyib. Son ölkə çempionu siyahıda 137,25 xalla 134-cü yerdə qərarlaşıb. Digər klublarımıza gəlincə isə, avrokuboklarda mübarizəsini davam etdirən “Sabah” hazırda 264-cüdür. “Zirə” 42 pillə geri addım ataraq 274-cü mövqedə qərarlaşıb. ”Araz-Naxçıvan” isə böyük sıçrayışa imza atıb. “Ağ-qırmızılar” 76 sıra irəliləyərək 363-cü yeri tutub. Qeyd edək ki, 501 klubun yer aldığı reytiqin ilk pilləsində İspaniya nəhəngi “Real Madrid” qərarlaşıb.