“Qəbələ” növbəti transferini reallaşdırıb. “Qırmızı-qaralar” Xayme Syerranı heyətinə qatıb. 27 yaşlı ispaniyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi son mövsümü Xorvatiya təmsilçisi “Varajdin”də keçirib. “Karabançel”, “Real Madrid” və “Valensiya” futbol məktəblərindən keçən oyunçu peşəkar karyerası ərzində vətənində “Leqanes”, “Loqrones”, “Kultural Leonesa”, “Atletiko Baleares”, Belçikada “Deyinze” klublarında forma geyinib.Qeyd edək ki, “Qəbələ” bunadək Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.