Yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” heyətinə daha bir futbolçu cəlb edib. “Ağ-qaralar” Falaye Sakonu transferini açıqlayıb. Malili sağ cinah müdafiəçisi ilə bağlanan müqavilə 2+1 illikdir. Karyerasına vətənində başlayan Sako “Uypeşt”, “Sent-Trüyden”, “Vitoriya”, “Sent-Entiyen” və son olaraq “Monpelye”nin formasını geyinib. O, ötən mövsüm Liqa 1-də 16 matçda meydanda olub. Sako Mali millisinin heyətində 42 matçda meydana çıxıb və 2 qol vurub.
















