Voleybol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan millisi ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlığını davam etdirir. Seçməmiz təlim-məşq toplanışının növbəti mərhələsini Özbəkistanda keçirəcək. Komanda artıq bu ölkənin paytaxtı Daşkəndə yollanıb. Avqustun 18-dək davam edəcək hazırlıq prosesi çərçivəsində yığmamız Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.