“Gəncə” voleybol klubu sıralarını yeni voleybolçu ilə gücləndirib.

Bu barədə bölgə təmsilçisindən məlumat verilib.

Əhyaxanım Fərzullayeva ilə müqavilə imzalanıb.

Ötən mövsümü “Murov Az Terminal” klubunda keçirən voleybolçu karyerası ərzində “Milli Aviasiya Akademiyası”nın da formasını geyinib.