“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin “Omoniya” kollektivini qəbul edib.

“Dalğa Arena”dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 4:0.

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə görüşəcək.