Ötən gün UEFA Çempionlar liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən oyunlardan sonra reytinq cədvəlində də müəyyən dəyişikliklər baş verib. Səfərdə Şimali Makedoniya klubu “Şkendiya”nı 1-0 hesabı ilə məğlub edən “Qarabağ” ölkə reytinqinə daha 0,250 xal qazandırıb. Hazırda Azərbaycan 19,000 xalla UEFA reytinqində 28-ci yerdə qərarlaşıb. Bir pillə irəlidə mövqe tutan Ukraynanın turnirdəki yeganə təmsilçisi “Dinamo Kiyev” evdə Kipr çempionu “Pafos”a uduzduğuna görə Azərbaycan bu ölkə ilə xal fərqini 0,225-ə endirib. 29-cu yerin sahibi isə 18,299 xalla komandaları qitə yarışlarında iştirak etməyən Rusiyadır.

















