Tarixində ilk dəfə FİBA Çempionlar liqasında çıxış edəcək “Sabah” heyətini ABŞ-li basketbolçu ilə gücləndirib. “Tələbələr” David Nikolsu heyətinə qatıb. 29 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. 183 sm boya malik Nikols, karyerasının ilk mərhələsində ölkəsinin “Albani Qreyt Dens” və “Florida Steyt Seminols” universitet komandalarının formasını geyinib. Macarıstan kollektivi “Alba Fehervar”la Avropa kubokunda da yarışan basketbolçunun son klubu Türkiyə təmsilçisi “Yalovaspor” olub. Qeyd edək ki, “Sabah” buna kimi Kamran Məmmədovu və fransalı Jan-Mark Pansanı transfer edib.