Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. Avropa Cüdo Birliyinin təşkil etdiyi düşərgədə seçməmizə baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib. Bu təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.