Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.
Bürünc medal uğrunda ilk görüş saat 15:00-da başlayacaq.
Tərəflər arasında ikinci matç sabah keçiriləcək.
Qeyd edək ki, üçüncü yerin qalibi iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa qızıl set oynanılacaq.