Cümə axşamı 24.04.2025

II Liqada martın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

II Liqada martın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

Azərbaycan II Liqasında martın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.

“Ayın qolu” layihəsində qalib olan "Lerik"in oyunçusu Rəvan Quluzadəyə mükafat təqdim edilib.

Ona plaketi "Dinamo" ilə XXI turun qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.