Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
İlk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəliblər.
Qarşılaşma birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Milli Aviasiya Akademiyası” - "Azərreyl" matçında isə ikincilər 3:2 hesabı ilə qalib gəliblər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.