Şənbə 19.04.2025

Avropa çempionatı: Futzal millimiz Xorvatiyaya məğlub olub

Avropa çempionatı: Futzal millimiz Xorvatiyaya məğlub olub

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.

Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Yığmanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub.

Qeyd edək ki, millinin yer aldığı V qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu olub.