Çərşənbə 16.04.2025

"Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub

"Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 25-ci qolunu vurub.

Onun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə”nin formasında 10-cu qolu olub.

Qeyd edək ki, Premyer Liqada “Qəbələ”nin heyətində də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.