Şənbə 26.04.2025

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

Bu, avrokuboklarda 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəlli olub.

Azərbaycan 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.

29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.

Qeyd edək ki, siyahıya İngiltərə (110.839) başçılıq edir.