Çərşənbə axşamı 15.04.2025

Avropa çempionatı: Güləşçimiz gümüş medala sahib çıxıb

Avropa çempionatı: Güləşçimiz gümüş medala sahib çıxıb

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluyevə (Yunanıstan) məğlub olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) yarışın bürünc medalına sahib çıxıblar.