Bazar ertəsi 31.03.2025

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

Yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Saat 19:00-da isə "Naxçıvan" və "Gəncə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.