Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları bu gün keçiriləcək.
Saat 16:00-da UNEC - “Abşeron” və "Murov Az Terminal” - “Azərreyl” matçları baş tutacaq.
Saat 18:00-da isə “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
İlk qarşılaşma UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.