Aprelin 10-dan 13-dək Qəbələ - Xankəndi ultramarafonu təşkil ediləcək.
“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürəcək marafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
Ultramarafon iştirakçıları Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km), Ağdam - Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.