Bazar ertəsi 31.03.2025

Çinli Olimpiya çempionları Bakıda çıxış edəcəklər

Çinli Olimpiya çempionları Bakıda çıxış edəcəklər

Çinin bədii gimnastika komandası aprelin 18-20-də Bakıda keçiriləcək Dünya kubokunda mübarizə aparacaq.

Paris Olimpiadasında çempion olan qrup komandası Milli Gimnastika Arenasındakı yarışda çıxış edəcək.

Komandanın heyəti yenilənib, lakin onların arasında Olimpiya Oyunlarında qızıl medal qazanan Dinq Sinyi və Van Lantszın da olacaq.

Fərdi yarışlarda iki gimnast çıxış edəcək. Onların arasında komandanın lideri, Paris Olimpiadasında çoxnövçülükdə yeddinci yeri tutan Zilu Vanq da var. O, Asiya çempionatının dördqat mükafatçısı və Asiya Oyunlarının bürünc mükafatçısıdır. Ondan başqa, Zihan Vanq da heyətə daxil edilib.