Azərbaycanın futbol üzrə I Liqasında çıxış edən “Karvan” klubunun üzvləri üçün seminar təşkil olunub.
Tədbirdə AFFA-nın Hakimlər Komitəsinin üzvü FIFA referisi Anar Salmanov, həmçinin Yevlax təmsilçisinin futbolçu və məşqçi heyəti iştirak edib.
FIFA referisi oyun qaydaları barədə iştirakçılara məlumat verib, videoçarxda nümayiş olunan epizodları şərh edib. Həmçinin müxtəlif epiozdlarla bağlı müzakirələr aparılıb.
Görüşdə hakimlik və oyun qaydaları ilə bağlı suallar da cavablandırılıb.