Çərşənbə axşamı 01.04.2025

U-17 millimiz ikinci yoxlama görüşündə də məğlub olub

U-17 millimiz ikinci yoxlama görüşündə də məğlub olub

Minskdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ikinci yoxlama görüşündə də məğlubiyyətlə üzləşib.

Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.