Azərbaycan millisinin Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.
Qeyd edək ki, Azərbaycan - Belarus oyunu saat 21:45-də başlayacaq.