Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.
Onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.
H.Qafarlı birinci. Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.